15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Anar Kərimov regional idarəyə yeni rəis təyin edib

Xaçmaz Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Vüsal Hüseynova həvalə olunub.

O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, fevral ayında Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev işdən çıxarılıb.

Son xəbərlər
Oxşar xəbərlər