2022-ci il üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ayrılmış vəsaitin 24 mln manatına qənaət ediləcəyi gözlənilir.
Bunu mədəniyyət naziri Anar Kərimov deyib.
O, son iki ilin qənaət rəqəmlərini vurğulayıb: “2020-ci ildə bu qənaət 32.3 mln manat, 2021-ci ildə isə 38.4 mln manat olub. Ümumilikdə, 2020-2021-ci illərdə dövlət büdcəsinə 70.7 mln manat qaytarılıb”.