2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 15.1 milyon ədəd tibbi maska istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin eyni vaxtı ilə müqayisədə 93.6% çoxdur.
Hazırda anbarda 1 avqust 2021-ci il tarixinə 1.3 milyon ədəd tibbi maska var.
Qeyd edək ki, Azərbaycan tibbi maska istehsalına 2020-ci ilin ikinci rübündən başlayıb.