9 C
Baku
Thursday, December 12, 2024

Anderraytinq və təkrarsığorta üzrə mütəxəssis – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Anderraytinq və təkrarsığorta şöbəsi

Vəzifə : Mütəxəssis

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  16 avqust 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak etmək;
2. Müvafiq sığorta məhsulları üzrə sığorta şərtlərinin sistemləşdirilməsi və  təkmilləşdirilməsi sahəsində fəaliyyəti həyata keçirmək;
3. Cari risklərin anderraytinqini həyata keçirmək, riskləri seçmək;
4. Sığorta şərtlərini müəyyən etmək;
5. Təkliflər hazırlamaq;
6. Müvafiq sığorta məhsulları üzrə sənədləşdirmə və elektron bazaların hazırlanması və təkmilləşdirilməsi sahəsində zəruri işlər görmək;
7. Müştəriləri tibbi müayinəyə yönləndirmək;
8. Satış strukturunun əməkdaşları tərəfindən daxil olan sorğuları cavablandırmaq.

Namizədə olan tələblər:

İş təcrübəsi : Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İqtisadiyyat və ya tibb üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan dilini yüksək səviyyədə, ingilis və rus dillərini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;

Fərdi keyfiyyət tələbləri :

Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, danışıqlar aparmaq bacarığı, riyazi bacarıqlar, konfliktlərin/stresin idarə edilməsi, müştəri yönümlülük, yazı qabiliyyəti, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Anderraytinq və təkrarsığorta” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər