14 C
Baku
Thursday, March 28, 2024

Andorra – şəxsi “heç nəyi” olmayan ölkə!

Andorra dünyanın ən kiçik dövlətlərindən biridir. Bu ölkənin ərazisi 468 kvadrat kilometrə bərabərdir, əhalinin sayı isə təqribən 80 000 nəfərdir. Ölkənin paytaxtı olan Andorra-la-Velya dəniz səviyyəsindən 1029 metr hündürlükdə yerləşir və Avropa paytaxtları sırasında ən yüksək dağlı şəhərdir.

1864-cü ildə qəbul edilən qərara əsasən Andorrada vəkillər qadağan edilib. Onları “şər hüquqşünaslar” adlandırırdılar. Yeri gəlmişkən, Andorrada həbsxanalar da yoxdur və ölkə dünyanın ən təhlükəsiz ölkələrindən biridir.

7380640182_b1ca3a6f63_zBir zamanlar kənd təsərrüfatı yerli əhalinin əsas məşğuliyyəti idi. Hazırda isə əsas gəliri turizm və bank fəaliyyəti gətirir. Andorrada həyat səviyyəsi Avropada ən yüksək göstəricilərdən biridir. Andorrada poçt göndərmələri pulsuzdur. Ola bilsin bu ölkənin kiçik əraziyə sahib olması ilə əlaqədardır.

Andorranın daimi ordusu yoxdur. Bu kiçicik ölkənin xarici təhlükəsizliyinə əsas məsuliyyəti qonşuları olan Fransa və İspaniya daşıyır.

Andorranın şəxsi valyutası yoxdur və heç vaxt da olmayıb. Ödəniş vasitəsi kimi avrodan istifadə olunur. Andorra dineri isə qızıl, gümüş və bimetal sikkə formasında yalnız kolleksiya məqsədi ilə buraxılır. Diner isə 100 santimdən ibarətdir.

Hər il Andorranı təqribən 11 milyon turist ziyarət edir. Bu ölkə əhalisinin sayından təxminən 140 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər