6 C
Baku
Wednesday, February 28, 2024

Android 11-də istifadəçi təhlükəsizliyini artıran bir yenilik olacaq

Google şirkəti hal-hazırda Android 11 əməliyyat sistemi üzərində işləyir. Şirkət axırıncı dəfə Android 11-in Developer Preview 3 versiyasını tərtibatçılar üçün yayımlamışdı. Bu gün isə tərtibatçılar bu versiyada istifadəçi təhlükəsizliyini artıracaq bir yenilik kəşf etdilər. Bu funksiya ilə birliktə istifadə edilməyən tətbiqlərə verilən icazələr avtomatik ləğv ediləcək.

Yeni funksiya ilə smartfonda olan və bir neçə ay istifadə edilməyən tətbiqlər təyin edilib onlara verilən icazələr ləğv ediləcək.

Yeni funksiya hesabına Android əməliyyat sistemi 1-2 ay ərzində istifadə edilməyən tətbiqləri seçərək onlara verilən icazələri avtomatik olaraq ləğv edəcək. Lakin bura bütün icazələr daxil deyil. Sadəcə bəzi icazələr ləğv ediləcək. Digər tərəfindən tərtibatçıların narazı qaldığı tərəf odur ki, bu funksiyanı tək-tək bütün tətbiqlər üçün işə salmaq lazımdır. Yəni ümumi şəkildə bu funksiyanı aktivləşdirmək və ya deaktiv etmək mümkün deyil. Bu halda da bir çox istifadəçinin bu funksiyadan xəbəri olmayacaqdır. Həmçinin Google tərəfindən qoyulan vaxt limiti də tərtibatçıların narazı olduğu tərəflərdən biridir.

©Technote

Son xəbərlər
Digər xəbərlər