14 C
Baku
Wednesday, April 24, 2024

Android 11-i əldə edəcək Nokia smartfonlarının siyahısı təqdim olunub

Nokia brendi öz rəsmi Twitter səhifəsində Android 11-i əldə edəcək Nokia smartfonlarının siyahısını təqdim edib. Maraqlısı ondadır ki, təqdim ediləndən bir neçə müddət sonra həmin siyahı silinib. Lakin istifadəçilər siyahının screenshotunu etməyi bacarıblar. Beləliklə təqdim edilmiş siyahıya əsasən Android 11-i əldə edəcək smartfonlar aşağıdakılardır:

– Nokia 8.3 5G, Nokia 8.1, Nokia 5.3 və Nokia 2.2 – 2020-ci ilin 4-cü rübü

– Nokia 4.2, Nokia 3.4, Nokia 2.4, Nokia 2.3 və Nokia 1.3 – 2021-ci ilin birinci rübü

– Nokia 9 PureView, Nokia 7.2, Nokia 6.2, Nokia 3.2 və Nokia 1 Plus – 2021-ci ilin birinci yarısı.

Əgər bu siyahıdakı smartfonlar həqiqətən də Android 11-i əldə etsələr bu o deməkdir ki, Nokia 8 Sirocco və Nokia 1 kimi smartfonlar daha köhnə Android versiyasında çalışmağa davam edəcəklər. Heç istisna deyil ki, təqdim edilmiş və sonradan silinmiş siyahıda dəyişikliklər olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər