“Android 12” əməliyyat sisteminə smartfonu mimikanın köməyi ilə idarə etmək funksiyası əlavə ediləcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, bu funksiya “Android Accessibility Suite 12.0.0” tətbiqində görünüb. Onun yenilənmiş versiyası “Google Play”də hələki mövcud deyil.
Ümumilikdə, tətbiqdə altı jest var: ağız açmaq, gülümsəmək, qaşlarını qaldırmaq, sağa, sola və yuxarı baxmaq. Onlardan hər biri üçün müəyyən hərəkət təyin edilib – məsələn, tətbiqi açmaq, konfiqurasiyaya keçmək, səhifəni dəyişdirmək və s.
Tətbiq bu funksiyanın enerji tutumlu olduğu barədə xəbərdarlıq edir və istifadə zamanı telefonu şarja qoşmağı məsləhət görür.
“The Verge”nin məlumatına görə, mimika ilə idarəetmə funksiyası sensor idarəetmə ilə çətinlikləri olan insanlar üçün faydalı olacaq. Səs komandasından fərqli olaraq, mimika smartfonların istifadəsini sadələşdirə bilər. Yenilik 2021-ci ilin sonun qədər əlçatan olacaq.