14 C
Baku
Saturday, April 27, 2024

“Android” sisteminin yaradıcısı yeni smartfon nümayiş etdirib – FOTO

“Essential” şirkətinin baş direktoru və “Android” əməliyyat sisteminin yaradıcısı Endi Rubinin “Twitter” səhifəsində yeni “Essential Phone 2” (ad şərtidir) smartfonunun prototipinin olduğu ehtimal edilən sensor ekrana malik “GEM” adlı qurğunun fotoşəkilləri dərc edilib.

Dərc edilən fotoşəkillər və videoçarxlarda ətraflı təsvir olunan qurğu smartfondan daha çox, uzaqdan idarəetmə pultuna bənzəyir.

Yeni qurğu nazik çərçivəli ekran, sol yuxarı küncdə yerləşən ön kamera ilə təchiz edilib. Bundan başqa, smartfonun yuxarı hissəsində naviqasiya düymələri, eləcə də dinamik quraşdırılıb.

Ekranda “Təqvim”, “Xəritə”, “Hava”, eləcə də “Uber” əlavələri yerləşir.

E.Rubinin sözlərinə görə, prototip tam fərqli form-faktordur. Hazırda qurğuda hansı əməliyyat sisteminin quraşdırılacağı açıqlanmasa da, onun vizual elementləri “Android” sisteminə oxşardır.

essetial gem 759gem phone©İctnews

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər