10 C
Baku
Friday, December 12, 2025

“Android”də gizli tətbiqlər istifadəyə veriləcək

“Android” əməliyyat sistemində şəxsi tətbiqlər üçün “Private Space” adlı funksiya istifadəyə veriləcək.

Məlumatı “Android Authority” yayıb.

Yeni funksiya smartfonda əməliyyat sisteminin qalan hissəsi və digər tətbiqlərlə əlaqəsi olmayan xüsusi tətbiqləri saxlamaq üçün ayrıca məkan yaratmağa imkan verəcək.

“Private Space” seçilmiş tətbiqləri başqalarından gizli saxlayacaq. Ora yerləşdirilən tətbiqlər telefonun ekranında və ya “kitabxanasında” görünməyəcək və axtarış zamanı da onları tapmaq mümkün olmayacaq. Bu tətbiqlər müstəqil istifadəçi profilində işlədikləri üçün əməliyyat sisteminin qalan hissəsindən tamamilə təcrid olunub.

Eyni zamanda, hər kəsdən gizlədilən tətbiqlərdən istifadə bir qədər əlverişsizdir. Onları işə salmaq üçün hər dəfə parol daxil etmək və ya barmaq izini skanerdən keçirmək lazım gələcək. Bu tətbiqlərdəki faylları digər tətbiqlərlə sərbəst paylaşmaq da mümkün olmayacaq.

Funksiyanın “Android 17″ə əlavə olunacağı gözlənilir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər