23 C
Baku
Saturday, September 28, 2024

“Android”in yeni versiyasında “Geriyə” düyməsi olmayacaq

“Android” əməliyyat sisteminin yenilənmiş versiyasında, ehtimal ki, “Geriyə” düyməsi ləğv ediləcək. “XDA Developers” portalının proqramçılarının fikrincə, “Google”un əməliyyat sisteminin idarəetməsi altında işləyən cihazların sahibini jestlərlə idarə sistemində xeyli dəyişiklik gözləyir.
 
 Yeni “Android Q” sisteminin kodunu təhlil edən mütəxəssislər bu qənaətə gəliblər.
 
Ekspertlərin fikrincə, indi “Geriyə” əmri yeni “iPhone” modellərində olduğu kimi yerinə yetiriləcək. Bundan başqa, keçidlərin animasiyası daha rəvan və sürətli olacaq.
 
“Android” sistemində jestlərlə idarəetmə sistemi ilk dəfə 2018-ci ildə “Pie” əməliyyat sisteminin təqdim olunması ilə əlçatan olub.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər