15 C
Baku
Saturday, April 20, 2024

Angela Merkel sabah Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel sabah Türkiyəyə səfər edəcək.

“Habertürk” bildirir ki, səfər onun dünyanın müxtəlif ölkələrinə həyata keçirdiyi vida ziyarətləri çərçivəsində baş tutacaq.

A.Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Libiya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər