Angela Merkel siyasətdən getmək niyyətini bir daha təsdiqlədi

Almaniyanın kansleri Angela Merkel

Almaniyanın kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək seçkilərdən sonra siyasətdən uzaqlaşacaq.

Banker.az xəbər verir ki, bu haqda kansler özü çərşənbə axşamı günü “Ostsee-Zeuting” qəzetinin oxucuları ilə görüşdə məlumat verib.

“Bəli, bundan sonra artıq siyasi vəzifələr tutmaq istəməzdim. Əlbəttə ki, mən siyasi bir şəxs olaraq qalacağam, lakin aktiv şəkildə siyasi fəaliyyətlə məşğul olmayacağam”, – Merkel qeyd edir. Onun sözlərinə görə, o, Avropa İttifaqında da hər hansısa vəzifə tutmaq niyyətində deyil.

Xatırladaq ki, Angela Merkel Almaniyanın kansleri vəzifəsinə 2005-ci ildə təyin edilmişdir. 2000-2018-ci illər ərzində isə “Xristian-demokratik ittifaq” ın sədri vəzifəsini icra edib. Onun yerini Annegret Kramp-Karrenbauer gəlib.