20 C
Baku
Tuesday, October 28, 2025

“Anglo Asian Mining” Azərbaycan birjası ilə maraqlanır

27 oktyabr 2025-ci ildə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin üzvləri Azərbaycanda qızıl, gümüş və mis hasil edən “Anglo Asian Mining Plc” (LSE: AAZ) şirkətinin prezidenti Reza Vəziri ilə görüş keçiriblər. Banker.az bunu BFB-yə istinadən xəbər verir. Görüşdə əsas müzakirə mövzusu iki tərəf arasında əməkdaşlıq imkanları və Azərbaycan kapital bazarının inkişafı olub.

BFB rəhbərliyi görüş zamanı birjanın strateji planlarını və bazar infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işləri təqdim edib. Həmçinin, BFB-nin 2025-ci ilin oktyabrında Dünya Birjalar Federasiyasına (WFE) tam üzv qəbul olunması məsələsi də diqqət mərkəzində olub. Bu addım kapital bazarının beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflığın artırılması baxımından mühüm hadisə kimi dəyərləndirilib.

Reza Vəziri qeyd edib ki, Azərbaycanın ilk publik şirkəti kimi “Anglo Asian Mining” yerli kapital bazarındakı dəyişiklikləri yaxından izləyir və BFB ilə əməkdaşlığa açıqdır. Görüşün yekununda tərəflər gələcək əməkdaşlığın konkret istiqamətləri üzrə birgə fəaliyyət planı hazırlamaq barədə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər