23 C
Baku
Thursday, September 25, 2025

“Anglo Asian Mining” Azərbaycanda növbəti illərdə iki iri yataqda istehsala başlayacaq

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniya şirkəti “Anglo Asian Mining PLC” “Xarxar” və “Qaradağ” yataqlarında işlər plana uyğun davam etdiyi və müvafiq olaraq 2027-28-ci illərdə və 2029-cu ildə istehsalın başlanması nəzərdə tutulduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə mədən şirkətindən bildirilir.

“Xarxar” sahəsi 2022-ci ildə “AzərGold”dan alınıb və burada 66 qazma quyusu qazılıb, 500 metrlik kəşfiyyat tuneli tikilib. JORC (Filiz Ehtiyatları üzrə Birgə Komitə) qiymətləndirməsinə əsasən, yataqda 119 min tonadək mis ehtiyatı var.

“Qaradağ” sahəsi isə təxminən 300 min ton mis potensialına malikdir və gələcəkdə illik 20-25 min ton hasilat planlaşdırılır. 2022-ci ildə bağlanmış müqavilələrə əsasən, “Xarxar” üzrə 808 min dollar, “Qaradağ” üzrə isə 3.9 milyon dollar dəyərində geoloji məlumatlar “Anglo Asian Mining”ə ötürülüb. Şirkət 2025–2029-cu illərdə bu yataqları mərhələli şəkildə istismara verməyi hədəfləyir.

2025-ci ildə artıq iki yeni mədənin – “Gilar” və “Dəmirli” – istismarına başlayıb. Demirli əhəmiyyətli mis yatağıdır və “Anglo Asian”ın əsasən mis istehsal edən orta səviyyəli şirkətə çevrilməsi strategiyasında həlledici əhəmiyyət daşıyır

Qeyd edək ki, 2025-ci ilin ilk yarısında həm gəlirlərini, həm də hasilat göstəricilərini əhəmiyyətli dərəcədə artırıb. Şirkətin ümumi gəlirləri 40.9 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki 13.4 milyon dollarla müqayisədə üç dəfə çoxdur.

Hasilat da ciddi artım göstərib. İlin ilk yarısında 12 115 unsiya qızıl, 62 354 unsiya gümüş və 1 188 ton mis hasil edilib. Bu göstəricilər ötən ilin analoji dövründəki 4 704 unsiya qızıl, 12 746 unsiya gümüş və 100 ton mislə müqayisədə kəskin artım deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər