26 C
Baku
Wednesday, July 16, 2025

“Anglo Asian Mining” ilin ilk yarısında 9 781 unsiya qızıl satıb

Azərbaycan üzrə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc” 2025-ci ilin ilk yarısı 9 781 unsiya qızıl satdığını açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd edilir.

Hesabata görə, ötən ilin eyni dövründə 6 000 unsiya qızıl satılmışdı.

Beləliklə, şirkətin rəqəmlərini nəzərə alsaq, ilin ilk yarısında qızılın satışından 30.1 milyon dollarlıq gəlir əldə edib.

Keçən il bir unsiyası orta qiymətlə 2 174 dollar olduğu halda, bu ilin eyni dövründə 3 077 dollara yüksəlib.

Xalis pul axını 1.8 milyon ABŞ dolları, nəticədə xalis borc 13.0 milyon dollara enib. 2025 üzrə kapital xərclərinə Dəmirli üçün 3.8 milyon dollar daxildir. Anbarda olan məhsulun dəyəri 7.0 milyon dollar təşkil edib.

Britaniyanın qızıl hasil edən mədən şirkəti “Anglo Asian Mining plc” Azərbaycandakı hasilatını kəskin artırıb

Son xəbərlər
Digər xəbərlər