15 C
Baku
Saturday, April 20, 2024

“Anglo Asian Mining” səhmlərin Azərbaycana satışını düşünür

Azərbaycanda qızıl, gümüş və mis istehsalçısı “Anglo Asian Mining”in (AAM) törəmə şirkəti “R.V.Investment Group Services” şirkətin səhmlərinin mümkün satışı ilə bağlı Azərbaycan hökuməti və digər tərəflərlə ilkin danışıqlar aparıb.

Bu barədə AAM-ə istinadən məlumat verilir.

Şirkətdən bildiriblər ki, danışıqlar ilkin xarakter daşıyır və əməliyyatın hər hansı bir razılaşdırılmış şərti yoxdur.

Məlumatda o da qeyd olunur ki, şirkət müntəzəm olaraq öz fəaliyyətinin inkişafı məsələləri ilə bağlı digər tərəflərlə müzakirələr aparır.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın İqtisadiyyat Nazirliyi AAM-in “R.V.Investment Group Services” şirkətindəki payını satın almaq üçün ABŞ-ın OMNI şirkətini məsləhətçi qismində cəlb etmişdi. Müqavilənin dəyəri 265 min manat təşkil edib.

©Trend

Son xəbərlər
Digər xəbərlər