25 C
Baku
Thursday, September 25, 2025

“Anglo Asian Mining”in Azərbaycandakı qızıl və gümüş hasilatı kəskin artıb

Azərbaycanda fəaliyyət göstərən “Anglo Asian Mining PLC” 2025-ci ilin ilk yarısında qızıl və gümüş istehsalını əhəmiyyətli dərəcədə artırıb. Şirkət 12 115 unsiya qızıl hasil edib ki, bu da ötən ilin analoji dövründəki 4 704 unsiyanı 2.5 dəfə üstələyib.

Banker.az bunu şirkətin hesabatına istinadən xəbər verir.

Qızıl satış qiyməti də yüksəlib. 2025-ci ilin ilk altı ayında şirkət unsiyasını orta hesabla 3 077 dollardan satıb. Halbuki, ötən il bu göstərici 2 174 dollar idi. Beləliklə, qızılın satış qiyməti bir ildə 42 faiz artıb.

Gümüş hasilatı da 62 354 unsiyaya çatıb. Bu, ötən ilin ilk yarısındakı 12 746 unsiyanı təxminən beş dəfə üstələyib.

Şirkətin ümumi gəlirləri isə 2025-ci ilin ilk yarısında 40.9 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki 13.4 milyon dollarla müqayisədə üç dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər