13 C
Baku
Sunday, November 24, 2024

Ani ödənişlər  Xalq Bankda PULSUZ!®

Xalq Bank Azərbaycan Respublikası Mərkəzi Bankının Ani Ödənişlər Sistemini (AÖS) öz müştərilərinin istifadəsinə verdi. 31 dekabr tarixədək Xalq Bankın fiziki şəxs olan müştərilərindən AÖS vasitəsilə köçürmələrə görə xidmət haqqı tutulmayacaq!

Ani Ödənişlər Sistemi vasitəsilə ölkə daxilində manat köçürmələrini hesabdan-hesaba ani icra etmək mümkündür. Sistemə qoşulmaqla fiziki şəxslər telefon nömrəsi, elektron poçt ünvanı və ya FİN-kod kimi identifikasiya vasitələri ilə daha  sürətli və rahat köçürmələr həyata keçirəcəklər. Hazırda bu əməliyyat yalnız fiziki şəxslərə təqdim olunur, yaxın zamanlarda hüquqi şəxslər də sistemin verdiyi imkanlardan yararlana biləcəklər. Xidmətə qoşulmaq üçün Bankın filiallarına müraciət etmək lazımdır.

Xalq Bankın bütün məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər