9 C
Baku
Friday, December 13, 2024

“AniPay ilə ödə və qazan” lotereyası davam edir!

®Expressbank müştəriləri Mərkəzi Bank tərəfindən keçirilən “AniPay ilə ödə və qazan” stimullaşdırıcı lotereya vasitəsilə 100 manat qazanmaq şansı əldə edəcəklər.

Lotereyanın məqsədi cəmiyyətdə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadəni təşviq etməkdir.

Noyabr ayı ərzində 5 (beş) manat və ondan yuxarı məbləğdə aparılan hər bir köçürmə əməliyyatı iştirakçıya bir şans qazandırır. Eyni iştirakçılar arasında aparılmış əməliyyatlar sayından asılı olmayaraq yalnız bir şans olaraq hesablanır

Lotereyada Expressbankın internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaqdır.

Lotereyanın uduş fondu 10 dekabr 2021-ci il tarixində oynanılacaqdır. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 (bir yüz) manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcəkdir. Bu barədə müştərilər hesabına xidmət göstərən bank tərəfindən məlumatlandırılacaq.

Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:

– istifadəçinin öz hesabları arasında aparılmış əməliyyatlar;

– ləğv edilmiş (reversal) əməliyyatlar.

Ətraflı məlumat üçün: https://bit.ly/3GGqOPz

Son xəbərlər
Digər xəbərlər