14 C
Baku
Saturday, November 23, 2024

AniPay-in qalib istifadəçilərinin 27%-i ABB-nin müştəriləridir

®Ani Ödəniş Sisteminə marağın artırılması məqsədilə Mərkəzi Bankın noyabrda keçirdiyi lotereyanın qalibləri müəyyənləşib. “AniPay ilə ödə və qazan” lotereyasında ən çox ABB-nin müştəriləri qalib olub. Belə ki, ölkə üzrə 400 qalib müştərinin 108-i məhz ABB-nin  müştərisidir. Onların hər birinin bank hesabına 100  manat məbləğində vəsait köçürülüb. Xatırladaq ki, şərtlərə görə, noyabr ayı ərzində Ani Ödəniş Sistemi vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparmış hər bir şəxs avtomatik şəkildə lotereyada iştirak hüququ əldə edirdi. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatlara aid idi. 

Lotereya Ani Ödəniş Sisteminin “AniPay” tətbiqində, bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq  xidmətlərinin “AniPay” bölməsində, eyni zamanda filiallarda Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlara şamil olunurdu. 

 “Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. ABB bu sistemə qoşulan ilk banklardan olub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər