6 C
Baku
Wednesday, October 30, 2024

 Ani Ödənişlər Sistemi “PAŞA Bank”ın tətbiqinə də inteqrasiya edildi

 “PAŞA Bank” ASC-nin mobil tətbiqində istifadəçilər üçün  Ani Ödənişlər Sistemi (AÖS) ilə köçürmə etmək imkanı yaradılıb.

Bu barədə banker.az-a Mərkəzi Bankdan bildirilir.

Sözügedən funksionallığın yaradılması nəticəsində “PAŞA Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olub. Eyni zamanda, mobil tətbiq vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “PAŞA Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı ilə köçürmələr qəbul edə biləcəklər.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər