“Rusiya sözünə etibar olmayan bir dövlətdir”.
Bunu Polşa Prezidenti Anjey Duda Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclasında çıxışı zamanı deyib.
Polşa lideri vurğulayıb ki, ehtimal edilən sülh müqaviləsi Ukraynanın razılığı ilə imzalanmalıdır.
O, Rusiyanı Ukrayna torpaqlarını işğalına görə tənqid edib:
“Təəssüf ki, ATƏT üzvü olmasına baxmayaraq, Rusiya bütün qaydaları tapdalayır. Rusiya sözünə etibar olmayan bir dövlətdir”.
Prezidentin sözlərinə görə, Ukraynadakı mülki şəxslər məqsədli şəkildə öldürülür:
“Biz buna göz yummayacağıq. Sərhədlərin məcburi şəkildə dəyişdirilməsini nəzərdə tutan hansısa razılığı qəbul edə bilmərik”.