28 C
Baku
Saturday, July 27, 2024

Ankara ilə Astana arasında birbaşa aviareyslərə başlanılıb

Türk Hava Yolları (THY) Ankara ilə Astana arasında birbaşa aviareyslər həyata keçirməyə başlayıb.

İlk uçuşu THY-nin törəmə şirkəti olan “Anadolu Jet” aviaşirkətinin təyyarəsi Ankaranın Esenboğa Hava Limanından həyata keçirib.

Bildirilir ki, dekabrın 5-də 140 sərnişin daşıyan layner Astananın Nursultan Nazarbayev Hava Limanına enib.

Birinci mərhələdə uçuşlar Ankara-Astana-Ankara reysləri ilə həftədə iki dəfə həyata keçiriləcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər