“Ankara İrəvanla danışıqları üçüncü ölkədə keçirmək istəmir”

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesi çərçivəsində növbəti görüşün üçüncü ölkədə keçirilməsini istəmir.

Bu barədə Türkiyə XİN-dəki mənbə bildirib.

Qeyd edilib ki, rəsmi Ankara görüşün Türkiyə və ya Ermənistanda keçirlməsinin tərəfdarıdır.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır.

Onlar bu il yanvarın 14-də Moskvada və daha sonra üç dəfə Vyanada görüşüblər.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəb olub.

MənbəModern.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər