Ankarada keçirilən NATO sammitində ən azı 50 mlrd. dollarlıq sazişlər imzalanıb

Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan müdafiə sənayesi forumunda ümumi dəyəri ən azı 50 milyard dollar olan sazişlər imzalanıb. Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının (PUA) satın alınmasını, eləcə də silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.

NATO-nun baş katibi Mark Rütte sammit çərçivəsində bildirib ki, alyansın 20 üzvü “Drone Edge” təşəbbüsünə qoşulacaq. Layihə çərçivəsində yaxın beş il ərzində pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə vasitələrinin istehsalına 40 milyard dollar sərmayə yatırılacaq. Onun sözlərinə görə, NATO ölkələri Ankaradakı sammitdə müdafiə sahəsində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar.

Ankarada keçirilən iki günlük NATO sammitində Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olan 32 ölkənin lideri iştirak edir. İyulun 8-də alyansa üzv dövlətlərin dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclas keçiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər