Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çox sayda sərnişin yaralanıb.
“Anadolu” agentliyinə istinadən, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.
Qəza nəticəsində iki vaqon aşıb.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.
©Report