Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində məlumat verib.
“TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu məlum olub”, – o qeyd edib.
Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.