24 C
Baku
Tuesday, June 17, 2025

“Anker” xorultuya qarşı qulaqlıqlar təqdim edib

“Anker” şirkəti özündə kənar səslərin aradan qaldırılması, xorultunun azaldılması və yuxu monitorinqi funksiyasını birləşdirən “Soundcore Sleep A30” simsiz qulaqlıqlarını təqdim edib.

Şirkət iddia edir ki, bu qulaqlıqlar hətta güclü səs-küy şəraitində belə istifadəçilərə fasiləsiz və rahat yuxu təmin edə bilən dünyada ilk “ağıllı” cihazdır.

Cihaz yüksək və aşağı tezlikli səs maneələrini aradan qaldırır, xorultu zamanı isə xüsusi siqnallar verir. Qulaqlıqlar keys ilə birlikdə 45 saat enerji saxlayır. Öncədən sifarişlər artıq açıqdır. Cihazın qiyməti 230 dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər