Anlaşması uzadılmasa, neft dərhal ucuzlaşacaq – UBS Bank deyir

“Əgər OPEC+ anlaşması uzadılmasa, neft qiymətləri dərhal düşəcək”. 

Bu açıqlamanı İsveçrənin “UBS Bank”ının Honq-Konq şöbəsinin Xammal Departamentinin rəhbəri Dominik Şnayder (Dominic Schnider) verib.

“Düşünürəm ki, OPEC+ anlaşması üzvləri öz öhdəliklərini yerinə yetirəcək və böyük ehtimalla anlaşmanı 3 ay deyil, 6 ay uzadacaq. Bu il neftin qiyməti İran, İraq və Venesuela ilə bağlı gərginliklər fonunda 60 dollar/barelə qədər yüksələ bilər. Əsas problemlər isə 2018-ci ildə yaranacaq. Əgər OPEC+ anlaşması uzadılarsa, neftin orta qiyməti 55 dollar/bareldə qala bilər. Əks halda, neft sürətlə ucuzlaşacaq”, – D.Şnayder qeyd edib.

Bank rəsmisi əlavə edib ki, ABŞ-da 2018-ci ildə neft hasilatının artması ehtimal olunur: “Bu səbəbdən OPEC+ üzvləri anlaşmanı martın sonunda bitirə bilməzlər”.

Rusiya ilə bağlı olaraq D.Şnayder bildirib ki, bu ölkənin 2016-cı ildə nail olduğu tarixi rekord səviyyədə neft hasilatına çatması çətin olacaq. Bu səbəbdən Rusiyanı neft hasilatının həcmi deyil, neftin qiyməti daha çox maraqlandırır.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər