6 C
Baku
Sunday, December 15, 2024

Annuitet və diferensial ödənişin fərqi nədir?

Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit+ ona görə faiz) ödəyirsiniz.  Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun.

Kreditin bağlanmasının digər üsulu –diferensial ödənişdir. Bu zaman biz faizləri borcun qalan məbləğinə görə ödəyirik. Diferensial ödəniş zamanı sizin aylıq ödənişləriniz məbləği kredit müddətinin sonu yaxınlaşdıqca azalmağa doğru gedəcək.  Çünki siz faizlər borc məbləğinin qalıq hissəsinə görə ödəyəcəksiniz. Məsələn siz borcun 80%-ni ödəmişsinizsə, onda qalan 20%-ə görə hesablanan borcu ödəyirsiniz.

Banklar üçün annuitet ödənişinin tətbiq edilməsi daha sərfəlidir. Çünki bu zaman onlar faizlərdə daha çox mənfəət qazanırlar. Borcalanlar üçün isə annuitetin təqdim etdiyi yeganə üstünlük,  aylıq ödənişlərin bərabər olmasıdır, yəni onlar konkret olaraq hər ay nə qədər pul ödəməli olduqlarını bilirlər. Bu hər ay fərqli məbləğ ödəməkdən daha asandır.

Annuitet ödənişin düsturu

Annuitet formuluna əsasən mütəmadi aylıq ödənişlərin miqdarı aşağıdakı kimi müəyyən olunur:

dustur 1Burada Aö aylıq annuitet ödənişdir;
Km -kredit məbləği
Aə  -annuitet əmsalıdır

Annuitet əmsalı aşağıdakı düstura uyğun müəyyən edilir:

dustur 2Burada  i – faiz məbləği, aylıq paylar üzrə, məsələn illik nominal faiz dərəcəsi 36% olarsa i = 36/12*100%,  n kreditin götürüldüyü ayların sayıdır.
Yuxarıda göstərilən formul vasitəsi ilə siz aylıq annuitetin miqdarını tapa bilərsiniz.

Annuitet ödənişinin hesablanması

Annuitetin ödənişin hesablanmasına aid bir nümunə gətirək. Siz bankdan  18% nominal faizlə 3 illik, 30 000 manat pul götürmüşünüz.

İlkin məlumatlar:
Km = 30 000 manat
i = 1,5% (18% / 12 ay) = 0,015
n = 36 (3 il * 12 ay)

İndi isə bu rəqəmləri annuitet əmsalının tapılması düsturunda yerinə yerinə yazaq

dustur 3Sizin ay ərzində ödəməli olduğunuz məbləğ 1084,57 manat təşkil edəcək.

dustur 4

Annuitet üzrə kredit cədvəli,                Diferensial kredit ödənişi üzrə kredit cədvəli

Aylıq ödəniş

Faizlər

Əsas borc

Qalıq məbləğ

Aylıq ödəniş

Faizlər

Əsas borc

Qalıq məbləğ

1 1 085 450 635 29 365 1 1 283 450 833 29 167
2 1 085 440 644 28 721 2 1 271 438 833 28 333
3 1 085 431 654 28 068 3 1 258 425 833 27 500
4 1 085 421 664 27 404 4 1 246 413 833 26 667
5 1 085 411 674 26 731 5 1 233 400 833 25 833
6 1 085 401 684 26 047 6 1 221 388 833 25 000
7 1 085 391 694 25 353 7 1 208 375 833 24 167
8 1 085 380 704 24 649 8 1 196 363 833 23 333
9 1 085 370 715 23 934 9 1 183 350 833 22 500
10 1 085 359 726 23 208 10 1 171 338 833 21 667
11 1 085 348 736 22 472 11 1 158 325 833 20 833
12 1 085 337 747 21 724 12 1 146 313 833 20 000
13 1 085 326 759 20 966 13 1 133 300 833 19 167
14 1 085 314 770 20 196 14 1 121 288 833 18 333
15 1 085 303 782 19 414 15 1 108 275 833 17 500
16 1 085 291 793 18 621 16 1 096 263 833 16 667
17 1 085 279 805 17 815 17 1 083 250 833 15 833
18 1 085 267 817 16 998 18 1 071 238 833 15 000
19 1 085 255 830 16 168 19 1 058 225 833 14 167
20 1 085 243 842 15 326 20 1 046 213 833 13 333
21 1 085 230 855 14 472 21 1 033 200 833 12 500
22 1 085 217 867 13 604 22 1 021 188 833 11 667
23 1 085 204 881 12 724 23 1 008 175 833 10 833
24 1 085 191 894 11 830 24 996 163 833 10 000
25 1 085 177 907 10 923 25 983 150 833 9 167
26 1 085 164 921 10 002 26 971 138 833 8 333
27 1 085 150 935 9 068 27 958 125 833 7 500
28 1 085 136 949 8 119 28 946 113 833 6 667
29 1 085 122 963 7 156 29 933 100 833 5 833
30 1 085 107 977 6 179 30 921 88 833 5 000
31 1 085 93 992 5 187 31 908 75 833 4 167
32 1 085 78 1 007 4 180 32 896 63 833 3 333
33 1 085 63 1 022 3 158 33 883 50 833 2 500
34 1 085 47 1 037 2 121 34 871 38 833 1 667
35 1 085 32 1 053 1 069 35 858 25 833 833
36 1 085 16 1 069 0 36 846 13 833 0

Kreditin qiyməti: 9044                                                    Kreditin qiyməti: 8334

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.