19 C
Baku
Friday, October 7, 2022

Anons yoxsa xəbərdarlıq? – Bu deputatların mandatları ləğv oluna bilər

Zahid Orucun müsahibəsindəki anons və xəbərdarlıq; günün tələblərinə cavab verməyən parlament üzvlərinə “əlvida” deyiləcək

Banker.az məlumat verir ki, bu haqda açıqlamanı Milli Məclisin deputatı Zahid Oruc  verib. O bildirib ki, aktiv olmayan, hakimiyyətə qarşı hücumlara reaksiya verməyib susqunluq nümayiş etdirən deputatları tənqid edib. O bildirib ki, indiki zamanda siyasi və ideoloji işin intensivliyi birə-beş qat artırılmalıdır.

Onun sözlərinə görə, ağır artilleriyanı işə salmaq elan olunmuş kursun uğurunu təmin etməyin mühüm şərtlərindən biridir: “Necə deyərlər, korrupsiya və bürokratizmin ləğvi üçün dövlət başçısının xalqla aralarında formalaşmış möhkəm bağların hər biri bizə görə qiymətli olmalıdır. Ondan ötrü mən deyirəm ki, parlament seçkilərinin tarixi deyil, gələcək tərkibi əhəmiyyətli müzakirələr mövzusudur”.

Zahid Orucun bununla hakim partiyanın deputatlığa namizədlər siyahısı ilə deputat mandatı qazanan, özünü hakimiyyətyönlü elan edən, lakin “danışmamaq qızıldır” yanaşması ilə davranan Milli Məclis üzvlərini nəzərdə tutduğu bəllidir. Siyasi analitiklər hesab edir ki, əslində Z.Oruc bu fikirlərlə yaxasını kənarda tutmaq taktikası seçən, heç bir ictimai müzakirələrə qatılmayan, mediadan qaçan, hakimiyyətin siyasətinin müdafiəsi istiqamətində fəaliyyəti olmayan deputatlara iqtidarda münasibətin necə olacağının anonsunu vermiş olub. Deputatın sözlərindən belə qənaətə gəlmək olar ki, yoxluğu ilə varlığı bilinməyən deputatlar növbəti seçkilərdə YAP-ın namizədlər siyahısına daxil edilməyəcəklər.

©minval.az

Son xəbərlər
Oxşar xəbərlər