Çin şirkətləri “Ant Group” və “Alibaba” iş adamı Cek Ma hökumətlə münaqişəsi səbəbindən 850 milyard dollardan çox itirib, bu barədə “Bloomberg” agentliyi yazır.
Milyarder üç ildir ki, Çin hökuməti ilə əməkdaşlıq etmir: hər şey Manın Çin tənzimləyicisini tənqid etməsi ilə başlayıb. Bundan sonra onun fintex startapı “Ant Group”un IPO-su ləğv edilib və İT nəhəngi “Alibaba” altı hissəyə bölünüb.
Yanvarın əvvəlində məlum olmuşdu ki, Cek Ma korporativ idarəetmə strukturu ilə bağlı müqaviləni dəyişdikdən sonra daha Çinin ən böyük fintex startapı olan “Ant Group”u idarə edə bilməyəcək.
2021-ci ilin aprelində “Alibaba” Çin hakimiyyətinin ondan təxminən 18.22 milyard yuan cərimə toplamaq qərarının düzgünlüyünü tanıyıb. Şirkət qanuni biznes fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görməyi planlaşdırdıqlarını qeyd edib.