14 C
Baku
Saturday, April 27, 2024

“Antarktida dolları”-nı tanıyırsınızmı?

1996-cı ildə ABŞ-dan olan və bir neçə nəfərdən ibarət olan entuziast qrupu Antarctica Overseas Exchange Office adlı bank yaradır və dövriyyəyə yeni valyuta – Antarktida dollarını buraxırlar. Onlar bunu Antarktidanın heç bir dövlətin ərazisi olmadığına və buna görə də, özünün şəxsi valyutasının olmasına haqqının olmadığına rəğmən etmişdilər. 1996-cı ildə Antarctica Overseas Exchange Office bankı tərəfindən buraxılan banknotların nominalı 1, 2, 5, 10, 20, 50 və 100 dollar idi.

Banknotun materialı üzərində holoqram və təsvirlər olan plastik örtük idi. Aksiya yaradıcılarının fikrincə, hər bir belə pul nişanını nominalına uyğun amerikan dolları ilə mübadilə etmək və əldə edilən məbləği Antarktidada elmi araşdırmaların maliyyələşdirilməsi üçün göndərmək olardı.

Bu banknotlar bir neçə təhlükəsizlik dərəcəsinə, həmçinin seriya nömrəsinə sahibdir. Antarktida valyutasının məzənnəsi ABŞ dollarının məzənnəsinə bərabər idi və 1996-cı ildən 2001-ci ilə qədər istənilən şəxs onu əldə edə bilərdi. Hazırda isə bu banknot kolleksiya nümunələrindən biri hesab edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər