16 C
Baku
Saturday, October 5, 2024

Antarktika dollarının maraqlı yaranma tarixçəsi

1996-cı ildə ABŞ-dan olan həvəskar qrupu Antarctic Overseas Bank-ın əsasını qoyur və Antarktikanın heç bir dövlətin ərazisi olmadığına və bu səbəbdən də öz şəxsi valyutasına sahib olmaq hüququ olmadığına baxmayaraq yeni valyuta – Antarktika dollarını yaradırlar. Bnak tərəfindən 1996-cı ildən buraxılan  banknotların nominalı 1, 2, 5, 10, 20, 50 və 100 dollar idi. Banknotların materialı isə üzərinə holoqram və şəkil əlavə edilmiş plastik örtük idi.

Həvəskar qrupun əsas məqsədi bundan ibarət idi: hər bir belə pul nişanını nominalına uyğun ABŞ dolları ilə mübadilə etmək və əldə edilən məbləği isə Antarktikada elmi tədqiqatı maliyyələşdirmək planına yatıra bilərdilər. Antarktika dolları bir neçə təhlükəsizlik dərəcəsinə, həmçinin seriya nömrəsinə sahibdirlər. Ölçü baxımından isə amerikan dollarından bir qədər böyükdürlər. Antarktika dollarının məzənnəsi isə ABŞ dollarının məzənnəsinə bərabərdir və onları 1996-cı ildən 2001-ci ilə qədər əldə etmək mümkün idi. Hazırda bu banknotlar kolleksiya predmeti olaraq istifadə edilir.

Son xəbərlər
Digər xəbərlər