“Claude” çat-botunun yaradıcısı olan “Anthropic” şirkəti 183 milyard dollar qiymətləndirmə ilə 13 milyard dollar cəlb edib. Bildirilir ki, maliyyə raundunun aparıcı investorları ICONIQ, “Fidelity Management & Research Company” və “Lightspeed Venture Partners” olub. Digər investorlar sırasına “Altimeter”, “Baillie Gifford”, “Blackstone”, “General Atlantic”, “General Catalyst” daxildir.
Xatırladaq ki, hələ 2025-ci ilin martında şirkətin dəyəri 61.5 milyard dollar, 2024-cü ildə isə 61.5 milyard dollar olub.
“Anthropic” deyir ki, onun 300 mindən çox korporativ müştərisi var və toplanan vəsait artan müəssisə tələbatını ödəmək, təhlükəsizlik araşdırmaları aparmaq və beynəlxalq miqyasda genişlənmək üçün istifadə ediləcək.
“Anthropic” 2021-ci ildə “ChatGPT” çat-botunun yaradıcısı “OpenAI”nin bir qrup keçmiş işçisi tərəfindən yaradılıb. Onun inkişaflarına “Claude Sonnet 4” və “dünyanın ən yaxşı proqramlaşdırma modeli” adlandırılan “Claude Opus 4” daxildir. 2025-ci ilin avqustunda startap “Cloude”a yaddaş və “AI tərbiyəçisi” funksiyalarını əlavə edib.