ABŞ-ın süni intellekt şirkəti “Anthropic” ilkin kütləvi təklifini (IPO) noyabrın ortalarında keçirməyi planlaşdırır.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət IPO üzrə rəsmi marketinq prosesinə noyabrın 9-da başlaya bilər. Bu qrafik səhmlərin ABŞ-da Şükran Günü bayramından əvvəl birjada ticarətə buraxılmasına imkan verə bilər.
Müzakirələrin davam etməsinə və tarixlərin dəyişə bilməsinə baxmayaraq, “Anthropic” hələ də 2026-cı ilin sonunadək birjaya çıxmağı hədəfləyir.
Potensial investorların qiymətləndirmələrinə görə, şirkətin ədalətli bazar dəyəri 1,8-2 trilyon dollar diapazonunda ola bilər.
“Anthropic” IPO-nun həcminə görə ABŞ-ın kosmik texnologiyalar şirkəti “SpaceX”in planlaşdırılan yerləşdirməsi ilə müqayisə olunan və ya onu üstələyən səviyyəyə çatmağı hədəfləyir.







