Müxtəlif ssenarilərin müzakirəsi bir çox sahədə standart təcrübədir. Lakin nəşr qeyd edir ki, bu halda fərq ondadır ki, tədqiqatçıların əksəriyyəti böyük insidentin baş verməsini qaçılmaz hesab edir.
Axios-un məlumatına görə, şirkətlər genişmiqyaslı insidentin baş verəcəyini gözləyirlər. Çox güman ki, söhbət maliyyə və digər internet xidmətlərinin, hətta elektrik və su təchizatının işini poza biləcək kiberhücumdan gedir. Nəşrin sorğusunda iştirak edən süni intellekt mütəxəssisləri “böyük insident”in növbəti 6-12 ay ərzində baş verəcəyini ehtimal ediblər. Bir çox tədqiqatçı və şirkət rəhbəri isə belə bir hadisənin sonda qaçılmaz olduğunu düşünür.
OpenAI şirkətindən bildirilib ki, onun komandaları “bəzi potensial ssenariləri” müzakirə edir və təcrübədə sınaqdan keçirirlər. Bu ssenarilər “qaçılmaz” hesab olunmasa da, görülən işlər “müxtəlif şəraitlərə hazırlaşmağa” kömək etməlidir. Anthropic isə məsələni şərh etməkdən imtina edib.
Süni intellekt agentləri artıq bəzi xidmətlərə hücum ediblər. Məsələn, “The Wall Street Journal” 2026-cı ilin sentyabrında OpenAI agentlərinin proqram tərtibatçıları üçün nəzərdə tutulan RubyGems xidmətinə hücumu barədə yazıb. “Financial Times” isə süni intellekt agentinin dövlət saytını sındırdığını bildirib. Hücumun hədəfi Avstraliyanın səhiyyə sisteminə aid platforma olub.







