24 C
Baku
Wednesday, June 18, 2025

Antiinhisar “Araz Supermarket” barəsində keçən yeni iş qaldırıb – məhsul qiymətinə görə

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi marketlər şəbəkəsi “Araz Supermarket” MMC barəsində keçən ay yenidən iş qaldırıb.

Banker.az xəbər verir ki, dövlət agentliyi marketlər şəbəkəsini qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması iddiası ilə cari ilin may ayında baxılıb.

Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə iş qaldırılıb. Bu maddəyə görə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

AİBNDA 2025-ci ildə ümumilikdə dördüncü işdir ki “Araz Supermarket” barədə qaldırır.

Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və şirkət “Veysəloğlu Şirkətlər Qrupuna” daxildir.

 

Son xəbərlər
Digər xəbərlər