26 C
Baku
Wednesday, April 24, 2024

“Antiinhisar fəaliyyəti haqqında” qanuna dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Antiinhisar fəaliyyəti haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Qanunun 10-cu maddəsinin 1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilir:

“1) kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədilə bazarın ərazi prinsipinə, alqı‑satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi;”.

Layihə səsə qoyularaq qəbul olunub.

-APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər