27 C
Baku
Wednesday, June 18, 2025

Antiinhisar qurumu “Rahat Market”lə bağlı yenidən iş qaldırıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi marketlər şəbəkəsi “ANC Group” MMC  (“Rahat Market”) barəsində iş qaldırıb.

Banker.az xəbər verir ki, dövlət agentliyi marketlər şəbəkəsini qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılması iddiası ilə 21 may 2025-ci ildə işə baxılıb.

Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə iş qaldırılıb.

Bu maddəyə görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Bundan öncə “ANC Group” MMC-yə eyni məsələyə görə 3 aprel və 22 apreldə barəsində iş qaldırılmışdı.

Xatırladaq ki, “ANC Group” MMC-nin nizamnamə kapitalı 7 083 000 manatdır və direktoru Samir Abdullayev Rafiq oğludur. Şirkətin nizamnamə kapitalının 10 faizi Babakişiyev Cəlal Rasim oğluna və 90 faizi “ABDA Retail İnvestment Holding LTD”yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər