Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Toyota Gəncə Mərkəzi” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Banker.az xəbər verir ki, şirkət tərəfindən qüsurlu malın dəyişdirilməsi və ya qaytarılmasından imtina edilməsi faktı müəyyən olunub. Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd olunan hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə (satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) uyğun olaraq rəsmiləşdirilib.
Protokol 17 noyabr 2025-ci il tarixində tərtib edilib.
Qeyd edək ki, hüquqi şəxslər bu bəndə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.





