Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “ANC Group” MMC və ya “Rahat Market” barəsində inzibati protokol tərtib edib.
Banker.az xəbər verir ki, supermarketlər şəbəkəsi barəsində 13 fevral 2025-ci il tarixində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması (İXM 447.0.1) maddəsi ilə iş qaldırılıb.
Bildirilir ki, qida məhsulu üzərində göstərilmiş qiymətdən baha satılmışdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinədki maddələr rəhbər tutularaq cərimə yazılıb.
Xatırladaq ki, “ANC Group” MMC 7.08 mln manat nizamnamə kapitalına malikdir. Şirkətinin təsisçiləri “ABDA Retail İnvestment Holding LTD” (90%), Babakişiyev Cəlal Rasim oğludur.