Antiinhisar Xidməti “Azəristiliktəchizat”ın borc bildirişlərini onlayn göndərilməsi tenderinin nəticəsini ləğv edib

22 aprel 2021-ci il tarixli nömrəsində “Azəristiliktəchizat” ASC-nin isti­lik və isti su təchizatı xidmətləri ilə əlaqədar əhali və qeyri-əhali istehlakçılara verilən məlumatların proaktiv formatda çatdırıl­ması, borclar və digər məlumatlar haqqın­da bildirişlərin göndərilməsinin funksional olaraq elektronlaşdırılmasının satın alınması məqsədilə dərc edilmiş açıq tenderin nəticəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 9 iyun 2021-ci il tarixli məktubuna əsasən ləğv edilmiş və açıq ten­der yenidən keçiriləcəkdir.

Xatırladaq ki, tenderin qalibi “Bimtek Mobile Solutions and Marketing Limited”  olmuşdur və qalib şirkət ilə məbləği 53,1 min manat olan müqavilə imzalanmışdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.