Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il iyulun 27-də “Şəki şəhərinin mərkəzi ilə axan Qurcana və Dəyirmanarxı çaylarının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa edilməsi, təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün keçirilmiş təkliflər sorğusu prosedurunun nəticəsi ləğv edilib.
Banker.az xəbər verir ki, bu barədə qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən qəbul edilib.