“SOCAR Petroleum” QSC-nin müraciəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərinə başlayıb.
Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən “SOCAR Petroleum” QSC-yə məxsus neft terminalları və yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın keyfiyyəti və buraxılış həcmləri üzrə yoxlama tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu çərçivədə saxlanma və daşınma da daxil olmaqla, satış zəncirində yanacağın keyfiyyətinin müəyyən edilmiş normativlərə uyğunluğunun müəyyənləşdirilməsi, həmçinin YDM-lərdə satış zamanı istismar olunan ölçmə vasitələrinin metroloji yoxlanılması və digər müvafiq fəaliyyətlərin icra olunması planlaşdırılır.