10 C
Baku
Thursday, December 12, 2024

Antisanitar şəraitdə qanunsuz heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı tədbir görülüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseyinzadə küç., ev 1, döngə 5 ünvanında fəaliyyət göstərən, Məmmədov Aydın Ərşad oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib. Baxış zamanı məntəqədə antisanitar şəraitdə qanunsuz heyvan kəsimi və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər