4 C
Baku
Saturday, February 24, 2024

Antiterror tədbirlərində şəhid olmuş hərbçilərin qohumlarının kredit borcu silinə bilər

Azərbaycanda banklar antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərin yaxın qohumlarının da kredit borcunu silə bilər.

Bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

“44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin yaxınlarının kredit borcu YAŞAT Fondu ilə birgə əməkdaşlıq hesabına silinib. Biz təklif edəcəyik ki, lokal antiterror tədbirlərində də şəhid olmuş hərbçilərin yaxın qohumlarının kredit borcu silinsin”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər