Sosial-iqtisadi ədəbiyyata “Siyasi İqtisadiyyat” terminini ilk dəfə məhz Antuan Monkretyen ser de Vattevil (fr. Antoine de Montchrestien, 1576—1621) daxil etmişdir. O, VI Henri və XIII Lüdoviqin hakimiyyəti dövründə çox da varlı olmayan saray zadəganı idi. Monkretyenin həyatı elə məşhur müşketyor Dartanyanın həyatı kimi çox saylı macəralar ilə dolu keçib. O, öz dövründə şair, duel iştirakçısı, sürgün edilmiş insan, kralın yaxın adamı, qiyamçı və dövlət səviyyəsində cinayətkar kimi də tanınıb və həyatını döyüş meydanında şpaqa zərbələri altında və tapançadan açılmış güllə atəşlərinin dumanı içərisində başa vurub, belə ki iqtisadçı düşmənlər tərəfindən qurulmuş pusquya düşmüşdür. Əslinə qalsa qiyamçı üçün həyatını belə başa vurmaq şərəfli və uğurlu idi. Çünki əks təqdirdə, əgər o ələ sağ elə keçsəydi dəhşətli işgəncələrə məruz qalacaq və biabırçı şəkildə edam ediləcəkdi. Hətta onu cəsədi belə məhkəmə hökmü nəticəsində təhqir edilərək, rüsvay edilmişdi: onun sümükləri dəmir ilə sındırılmış, bədəni yandırılmış və külü havaya sovrulmuşdu.
Monkretyen krala və katolik kilsəsinə qarşı çıxmış fransız protestantlarının üsyanına rəhbərlik edən şəxslərdən biri idi. O, 1621-ci ildə 45-46 yaşlarında vəfat etmişdi, onun “Siyasi iqtisadiyyat haqqında traktatı isə” (Traite d’economie politique) 1615-ci ildə Ruanda işıq üzü görmüşdü. Əsər Marii Mediçiyə həsr olunub. Təəccüblü deyil ki, “Traktat”-ı yaddaşlardan silməyə çalışmış, Monketyenin adi isə çirkaba bulaşdırılmışdı. Təəssüf ki, belə alınıb ki, onun tərcüməyi-halının əsas hissəsini düşmənlərin və bədxah insanları onun haqqında dediyi şər və böhtanlar təşkil edir. Onun haqqında verilən rəylər özündə qəddar siyasi və dini möhür ilə damğalanıb. Monkretyeni uzun yol qət etmiş quldur, saxta pul kəsən, öz mənfəətini güdən pul düşkünü adlandırırdılar ki, guya ki, o protestant kilsəsinə yalnız varlı bir dul qadın ilə evlənmək – üçün gəlib. Bu zaman Fransada quqentotlar təriqəti yayılırdı, yəni XVI – XVIII kalvinizm tərəfdarı olan fransızlara quqenotlar deyilirdi, onlar kilsə və kral tərəfindən təqiblərə məruz qalırdı. Monkretyenin evləndiyi xanımda məhz bu təriqətdən idi.
Monkretyenin təmiz adının bərpa olunması üçün 300 ildən artıq vaxt tələb olundu və bununla da onun adı tarixdə öz iqtisadi və siyasi dünya görüşlərinə görə layiqli yerini tuta bildi və əbədi möhkəmləndi. İndi aydındır ki, onun faciəvi taleyi heç də təsadüf deyil. Fransa burjuaziyası ilə feodal mütləqiyyəti arasında qeyri-bərabər sinfi mübarizənin başlıca forması kimi tanınan, quqenot üsyanında iştirak, bu adi allah bəndəsinin, sıravi vətəndaşın (onun atası aptek işçisi olub, təsadüfən humanist olmuş saray əyanının və nəhayət doğuluşdan döyüşçü olan bu insanın yaşam tərzinin qanuna uyğun bir sonluğu idi.
Öz dövrü üçün kifayət qədər yaxşı təhsil almış Monkretyen 20 yaşında ikən şair olmaq qərarına gəlir və antik süjetlər əsasında yazılmış mənzum faciəsini dərc etdirir. Bunun ardınca isə bir sıra yeni dramatik və poetik əsərlər yaradılır. Həmçinin də məlumdur ki, o, “Normandiyanın tarixi” adlı hekayə yazırdı. 1650-ci ildə, Monkretyen rəqibinin ölümü ilə nəticələnən dueldən sonra İngiltərəyə qaçmaq məcburiyyətində qalanda, artıq məşhur bir yazıçıya çevrilmişdi.
Onun İngiltərədə keçirdiyi dörd il həyatında və taleyində olduqca böyük bir dönüş yaratdı və fikirlərinə təsir etdi, bu müddətin onun taleyinə etdiyi təsiri Hollandiyadakı yaşadığı müddətin U.Pettinin həyatına etdiyi təsir ilə müqayisə etmək olar: o daha çox inkişaf etmiş iqtisadi təsərrüfata və burjua münasibətlərinə malik olan bir ölkəni gördü.
Bu zaman Monkretyen ticarət, müxtəlif sənət və peşələr, iqtisadi siyasət ilə maraqlanmasa başlayır. İngilis qayda-qanunlarına baxaraq, o xəyalən bu qaydaları Fransaya tətbiq etməyə çalışır. Ola bilsin İngiltərədə onun bir sıra fransız quqenot emiqrantlar ilə rastlaşması gələcək taleyində böyük rol oynayır. Onların əksəriyyəti sənətkarlar idi və çoxu da kifayət qədər bacarıqlı və mahir ustalar idi. Monkretyen şahid olurdu ki, bu ustaların zəhmət və bacarıqları İngiltərəyə heç də az pul gətirmir, onlar sürgün həyatına sövq edən Fransa isə bunun nəticəsində çoxlu itkiyə yol verir.
Fransaya Monkretyen o, inamla qayıdır ki, ölkədə milli sənayeni və ticarəti inkişaf etdirməyə ciddi ehtiyac var, o bu fikrin qəti tərəfdarına çevrilir, bununla yanaşı o, üçüncü təbəqədən olan əhalinin maraqlarının müdafiəsinə qalxır. Öz yeni ideyalarını o praktikada da tətbiq etməyə başlayır. Varlı dul qadın ilə evləndikdən sonra o, dəmir məmulatları emalatxanası açır və öz məhsullarını Fransada satmağa başlayır. Amma onun başlıca işi, yeni “Traktat” üzərində çalışmaq olur. Əsərin adının çox əzəmətli səslənməsinə baxmayaraq, burda kifayət qədər praktiki əhəmiyyət daşıyam hekayələr toplanmışdı, Monkretyen bu hekayələr vasitəsi ilə dövləti inandırmağa çalışırdı ki, fransız sənətkarlarının və tacirlərinin dövlətin hərtərəfli və ciddi himayəsinə ehtiyacları var və bu himayənin göstərilməsi olduqca zəruridir. Monkretyen həmçinin gömrük mühafizəkarlığının tərəfdarı olur, o hesab edir ki, ölkəyə gətirilən əcnəbi mallar üzərinə yüksək vergi qoyulmalı və rüsum alınmalıdır. Belə ki bu malların yerli istehsalata maneə olmasına yol vermək olmaz.
Monkretyen hesab edir ki, “insanların xoşbəxtliyi sərvətdədir, sərvət isə əməkdədir”, bolluq (israfçılıq) yalnız yerli məhsulların istehlakı, onun istehsalçılarının işi olduğu və “mənfəətin ölkə daxilində qaldığı” halda qanunidir. Əcnəbiləri Fransadan sərvəti çıxaran nasosla müqayisə edir. O, onların qovulmasını, sənayenin inkişafını və onun məhsulunun təkmilləşdirilməsini təklif edir. İqtisadi həyata dövlətin müdaxilə etməsinin, vergilərin alınmasının və ticarət mənfəətinin tərəfdarı olmuşdu.
Monkretyen xarici ticarəti genişləndirməyə kömək etməyi təklif etməmişdir. Onun əsərlərində monotarizmin izləri qalırdı. Merkantilizmin əksinə olaraq “təbii sərvətə” (taxıla, duza, çaxıra və s.) birinci dərəcəli əhəmiyyət verir. O, hesab edir ki, dövləti qızılın və gümüşün miqdarı yox, “həyat və geyim üçün lazım olan predmetlərin olması” varlı edir.