“”APA Holding” MMC fəaliyyətini tamamilə dayandırıb”.
Bu haqda “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı facebook sosial şəbəkəsindəki statusunda yazıb.
Xatırladaq ki, bu ilin avqust ayının 1-dən etibarən “APA Holding”ə daxil olan saytların fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, APA-ya daxil olan yaradıcı kollektivlərdə 200-ə yaxın jurnalist və texniki işçi çalışırdı.